Aytac Məmmədovanın sinif yoldaşları yoxdur- VİDEO




Xaçmazın Ağarəhimoba kəndindəki məktəbin şagirdləri sinifdə çəkələklə oturur. Məqsəd sinif otaqlarını təmiz saxlamaq, ayyaqqabılardan çıxan toz-torpağın uşaqlara ziyan vurmasının qarşısını almaqdır.

ARB TV (Şimal) bildirir ki, bu balaca məktəbdə cəmi 2 müəllim və 24 şagird var. Bu səbəbdən siniflər komplektləşdirilib.

Daha bir maraqlı məqam. 4-cü sinifdə yalnız bir şagird oxuyur - Aytac Məmmədova. O özündən 2 yaş balacalarla bir yerdə təhsil alır.

İbtidai sinfi bitirən şagirdlər təhsili davam etdirmək üçün qonşuluqdakı Qadaşoba kənd tam orta məktəbinə üz tuturlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu