ƏƏSMN sosial xidmət müəssisələrində 1087 nəfər şəxs qalır




Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət müəssisələrində hazırda daimi dövlət təminatında yaşayanların sayı 1087 nəfər təşkil edir.

Həmin insanlardan 321 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olmaqla nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Sosial xidmət müəssisələrində yaşayan şəxslərdən 526 nəfəri isə ruhi-əsəb əlili olmaqla nazirliyin psixonevroloji sosial xidmət müəssisələrində stasionar şəraitdə sosial xidmətlərlə təmin olunurlar. Qalan şəxslər isə nazirliyin Müharibə və əmək əlilləri üçün pansionatında yaşayırlar.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə diqqət və qayğısının daha bir əyani təzahürü kimi, son illərdə sosial xidmət müəssisələrində müasir tələblərə uyğun şəraitin yaradılması üçün əsaslı təmir və yenidənqurma işləri aparılıb. Eləcə də Müharibə və əmək əlilləri üçün pansionatı üçün yeni korpus tikilərək istifadəyə verilib. Həmçinin Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində nümunəvi yaşayış və reabilitasiya şəraiti yaradılıb.

Sosial xidmət müəssisələrində yaşayan şəxslərin doğma ailə mühitinə qayıtmaları yönündə də müvafiq tədbirlər həyata keçirilir. Bu sahədə tədbirlərin davamı olaraq, keçən il bu müəssisələrdən 42 nəfər şəxsin doğma ailə mühitinə qayıtmaları təmin olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu