“Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində dəyirmi masa keçirilib




Qəbələdə “Aztəminatlı ailələrdən olan uşaqlara hüquq xidmətinin göstərilməsi” layihəsi çərçivəsində Orta icmal hesabatı və “Boşanma halları, onun fəsadları və uşaqların gələcək həyatının sosial təminatında alimentin ödənilməsinin vacibliyi” adlı strategiyanın müzakirəsi ilə bağlı dəyirmi masa keçirilib.

Tədbirdə UNİCEF-in, Qəbələ rayon Təhsil Şöbəsinin, yerli icra, hüquq-mühafizə orqanlarının, bələdiyyə və biznes qurumlarının, QHT- lərin, Qəbələ rayon Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, dini icma, Qəbələ Məşğulluq Mərkəzinin, Qəbələ rayon Qeydiyyat Şöbəsinin, Qəbələ rayon Məhkəməsinin, Qəbələ rayon İcra Şöbəsinin, DSMF Qəbələ rayon şöbəsinin nümayəndələri və layihə üzrə aztəminatlı ailələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qəbələ Regional Gənclərin Resurs Mərkəzi İB-nin icraçı direktoru Anar Məhərrəmov iştirakçıları salamlayaraq layihənin UNİCEF tərəfindən həyata keçirildiyini qeyd edib. O, layihənin əhəmiyyətindən danışaraq çıxış üçün sözü UNİCEF-in məsləhətçisi Ramil İskəndərliyə verib.
Ramil İskəndərli layihə haqqında, əldə edilmiş uğurlar və qarşıda duran vəzifələr, uşaq hüquqları ilə bağlı qanunvericilik, Yuvenal Ədliyyə, qanunla ziddiyyətdə olan uşaqlar və aparılan işlər, uşaqların yaşamaq hüququ, təhsil hüququ və s. barədə məlumat verib.
Sonra layihənin əlaqələndiricisi Ümüdvar Həsənov və hüquqşünası Vüsal Məmmədov çıxış edərək uşaq hüquqları və onların qorunması, bu sahəyə dövlət qayğısı, qəbul edilən qanunlar və əhəmiyyəti ilə bağlı, layihə çərçivəsində müraciətlərin sayı üzrə statistika, uşaqlarla əlaqəli bütün məsələlərin o cümlədən doğum və qeydiyyat sənədləri, alimentin ödənilməsi, əlilliyi olan uşaqlarla bağlı, himayəçiliklə bağlı, valideynlik huquqları, uşaqlarla görüş və digər məsələrlə bağlı, məhkəmədə müdafiə, ərizə və şikayətlərin hazırlaması, digər xidmətlərə yönləndirmə, boşanma və alimentlə bağlı müraciətlər, görülən tədbirlər, boşanmaların uşaqların həyatına mənfi təsirləri ilə bağlı məlumat veriblər.
Daha sonra UNİCEF-in sosial dəyişiklik üzrə mütəxəssisi Elza İbrahimova çıxış edərək layihənin icrasının daha uğurlu olması ilə əlaqədar komunikasiya tədbirləri, təsiretmə mexanizmləri, problemlərin həlli istiqamətində təbliğat işləri və maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətindən, müraciətlərlə bağlı məsələlərdə aidiyyatı dövlət strukturları ilə sıx əməkdaşlığın vacibliyindən danışıb.
Sonda “Boşanma halları, onun fəsadları və uşaqların gələcək həyatının sosial təminatında alimentin ödənilməsinin vacibliyi” mövzusunda müzakirələr aparılıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu