Dünyada 30 milyon narkoman var




Dünyada təxminən 30 milyon insan narkotik vasitələrdən istifadə edir.

AzVision.az xəbər verir ki, bunu BMT baş katibinin müavini, BMT-nin narkotiklər və cinayətkarlıq üzrə İdarəsinin icraçı direktoru Yuri Fedotov deyib. Onun sözlərinə görə, hər il narkotikdən asılı olan 200 minə yaxın şəxs həlak olur.

11,5 milyon nəfər narkotikləri inyeksiya üsulu ilə qəbul edir. Onların 14 faizində HİV, 52 faizində isə hepatit C virusu var.

Y. Fedotov deyib ki, narkotik alveri cinayətkar qruplaşmalara “dünyada qlobal ÜDM-in təxminən 3,6%” həcmində gəlir gətirir. Belə ki, yalnız Avropa İttifaqında narkobaronların illik gəliri 24-28 mlrd. dollar təşkil edir.

BMT rəsmisi əlavə edib ki, beynəlxalq ekspertlərin məlumatına görə, ən çox qadağan olunmuş maddə kannabis və heroindir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
[/related-news]
menyu
menyu