İnsan beyni üçün ən faydalı on məhsul




Beyin effektivliyinin təmini üçün yalnız intellektual məşqlər, fiziki aktivlik, yaxşı yuxu və təmiz hava kifayət etmir, bundan ötrü balanslaşdırılmış qida qəbulu da çox vacibdir. Vitamin və minerallar çatışmazlığı nəticəsində yaddaşla bağlı problemlər, fikir dağınıqlığı və yorğunluq yarana bilər. Bütün bunlardan sığortalanmaq üçün adi qida rasionuna diqqət yetirmək lazımdır.


AFN xarici mediaya istinadən beyindən ötrü 10 ən faydalı məhsulun siyahısını təqdim edir.

Taxıl və taxıl məhsulları

Orqanizmin həyati əhəmiyyət daşıyan mühüm proseslərinin qorunub saxlanılmasından ötrü çoxlu enerji tələb olunur. Beynin enerji mənbəyinin əsasını qlükoza təşkil edir ki, o, çatışmadıqda diqqətin konsentrasiyası pozulur və ümumi iş qabiliyyəti aşağı düşür. Yüksək məhsuldarlığa nail olmaq üçün qəbul edilən qidaya taxıl və taxıl məhsullarını əlavə etmək lazımdır. Taxıl məhsulları qandan qlükozanın aşağı sürətlə sərf olunmasına yardım edir ki, bu da beyni gün ərzində lazım olan enerji ilə təmin edir.
Kəpək, mixəyi rəngdə yarma, çörək və makaronlardan istifadə etmək yaxşı effekt verir.

Piyli balıq növləri

İnsan orqanizmi tərəfindən ayrılan əvəzolunmaz Omeqa-3 piy turşuları yalnız müəyyən məhsullardan əldə oluna bilir. Bu məhsullar beynin fəaliyyəti və ümumi əhvali-ruhiyyə üçün çox faydalıdır. Onunla zəngin olan piyli balıq növlərinə qızılbalıq, alabalıq, tunes, və skumbriya aiddir. Bu balıqların tərkibində eykozapentaen və dokozaqeksaen turşuları var ki, orqanizm tərəfindən asanlıqla sorulur.
Eləcə də balqabaq tumları, yunan qozu və soya paxlası da piy turşuları ilə çox zəngindir.

Pomidor

Pomidorun tərkibində çox güclü antioksidant sayılan likopin maddəsi var. O, hüceyrələri zədələnmələrdən qoruyur. Əks təqdirdə, Altsheymer xəstəliyi inkişaf edə bilər.

Brokkoli

Tərkibi K vitamini ilə zəngin olan brokkoli, idrak funksiyaları və əqli qabiliyyətin yüksəlməsi üçün əla mənbədir.

Qoz

Bir çox tədqiqatların nəticəsi sübut edib ki, E vitamini idrak qabiliyyətinin aşağı düşməsi və yaddaşın korlanmasının qarşısını alır. Qoz isə E vitamini ilə zəngin olan qidalardan hesab olunur.

Qara qarağat

Qara qarağat öz faydalı xüsusiyyətləri ilə beyin fəaliyyətini yaxşılaşdıran C vitamini ilə çox zəngindir.

Cır mərsin

Alimlər qeyd edirlər ki, gündəlik qida rasionuna cır mərsin əlavə etmək, beyin aktivliyinin yaxşılaşmasına kömək edir. Cır mərsin fitokimyəvi maddələrlə zəngindir ki, bu da iltihab əleyhinə ən güclü vasitə hesab olunur.

Balqabaq tumu

Az bir sayda balqabaq tumu yaddaşın möhkəmlənməsi və beyin aktivliyinin yaxşılaşmasından ötrü lazım olan sinklə gündəlik normanı təmin edir.

Sürvə, adaçayı (şalfey)

Sürvə təkcə öz xoş ətri ilə deyil, həm də faydalı xüsusiyyətləri ilə məşhurdur. Sürvə yaddaşı möhkəmləndirir və beyni aktivləşdirir. Onu həm çiy formada qidaya qatıb, həm də ədviyyat kimi çayda istifadə etmək olar.

Yumurta

Beynin funksional inkişafında xolin adlandırılan maddə əhəmiyyətli rol oynayır. Həmin maddə diqqətin konsentrasiyasını yüksəldir, eləcə də neyronların əsəb impulslarını ötürməsinə kömək edir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu