“İş yerinə dair arayış” elektron müraciətlərin sayı artıb




Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Elektron Hökumət” portalı üzərindən təqdim olunan “İş yerinə dair arayış” elektron xidməti vətəndaşların daha çox müraciət etdiyi e-xidmətlərdən biridir.



Cari ilin birinci rübü ərzində həmin e-xidmətə ötən ilin müvafiq dövrü (43 360 müraciət) ilə müqayisədə 47,4 faiz çox olmaqla 63 924 dəfə müraciət olunub.

Vətəndaşlar “İş yerinə dair arayış” xidməti vasitəsilə işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmədən, real vaxt rejimində, rahat şəkildə öz iş yerlərinə dair arayışı elektron şəkildə əldə edə bilirlər. İstifadəçi istəyinə uyğun olaraq ümumi təyinatlı və ya konkret bir quruma təqdim etmək üçün arayış əldə edə bilir. Arayışı əmək haqqı göstərilməklə və ya göstərilmədən də əldə etmək mümkündür. Sənəddə işəgötürən haqqında məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, müqavilənin müddətli və ya müddətsiz olması, eləcə də arayışın etibarlılıq müddəti, digər məlumatlar əksini tapır. Arayışın təqdim edildiyi təşkilatlar isə bu sənədin üzərindəki ştrix-kod vasitəsilə “E-hökumət” portalında arayışın, orada əksini tapan məlumatların düzgün olub-olmadığını yoxlaya bilirlər.

2014-cü ilin dekabr ayında əhaliyə təqdim olunan və həmin vaxtdan ölkəmizdə kağız arayışların elektron arayışlarla əvəzlənməsi prosesində mühüm rol oynayan “İş yerinə dair arayış” elektron xidməti e-arayış növləri sırasında populyarlığı ilə seçilir. İstifadəyə verildiyi vaxtdan cari ilin 01 aprel tarixinə qədər olan dövrdə vətəndaşlar bu e-xidmətə ümumilikdə 516,8 min dəfə müraciət ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu