İspaniyada pivədən dondurma hazırladılar




İspan kulinarları pivədən Enigma Origen adlandırdıqları dondurma hazılayıblar.

AFN bildirir ki, bu haqda “İspaniya po-russkiy” portalı məlumat verib.

Desert aprelin 24-27-də Madriddə keçirilən El Salon de Gourmets sərgisində təqdim edilib. Desert üzərində, pivə bişirən kiçik Gervezas Enigma şirkəti və dondurma istehsalçısı olan AcaramHelodos birgə çalışıblar.

Qeyd olunduğuna görə, desert heç bir aramotizator və ya konservant qatılmadan, istisnasız olaraq təbii xammaldan hazırlanıb. Əlvan yaqut rənginə çalan dondurma şokolad, kofe və karamel dadı verir.

RAFİQ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu