"Məktəb proqramları yenilənməlidir"- təhsil naziri




"Məktəb proqramları vaxtaşırı yenilənməlidir, məktəblilələrə təhsilin məzmunu, kommuniskasiya bacarıqları, düzgün qərar qəbul etmək bacarıqları aşılanmalıdır”.

AzVision.az xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, ibtidai siniflərdə Ana dili, riyaziyyatın tədrisinə böyük önəm verilməlidir.

Nazir qeyd edib ki, ümumtəhsil müəssisələrində xarici dillər üçün ayrılan saatlar artırılmalıdır.

"İndiki əmək bazarında bir neçə dil bilgisi gənclərin iş tapmalarına kömək edəcək. Bu sahədə İKT bilikləri də vacibdir. İKT sahəsində bacarıqlar insanın inkişaf indeksləri içərisində vacib sahələrdəndir. Gənclərin vətəndaş kimi formalaşdırılmasında milli özünədərketmə milli iftixar hissinin aşılanması bundan heç də az əhəmiyyət kəsb etmir”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu