Azərbaycanda işsizlərlə bağlı fond yaradılır




Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “İşsizlikdən sığorta haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılıb.

AzVision.az-ın məlumatına görə, layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli yeni qanun layihəsinin 4 fəsil, 26 maddədən ibarət olduğunu qeyd edib.

Komitə sədri bildirib ki, qanun layihəsi Prezident Administrasiyası və müvafiq dövlət orqanları ilə birlikdə hazırlanıb.

Qanun layihəsi işsizliyin qarşısının alınması, ixtisarların olmaması üçün nəzərdə tutulub.

H.Rəcəbli əlavə edib ki, işsizlərə müavinətlərin verilməsi üçün sığorta fondu yaradılacaq: “Fonda toplanan vəsaitin məbləği zamanla artırılacaq. Fonda yığılan vəsaitdən özünüməşğulluq xidməti üçün də istifadə ediləcək. Gələcəkdə fondun imkanları daha da genişləndiriləcək”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu