Məscidlər təkcə namaz qılmaq üçün olmayacaq




İstanbul müftisi Həsən Kamil Yılmaz məscidlərin statusunun dəyişdiriləcəyini açıqlayıb.

"Qaynarinfo" xəbər verir ki, ötən gün keçirilən “Birlik və bərabərliyin yaradılmasında məscid və din xadimləri” adlı beynəlxalq simpoziyuma İstanbul müftisi, Sancaqtəpə bələdiyyə başçısının müavini və Mədəniyyət Yolçuları Fondunun başçısı Mehmet Gənc, din xadimləri, akademiklər və vətəndaşlar qatılıb.

Müfti Həsən Kamil Yılmaz “Birlik və bərabərliyin yaradılmasında məscid və din xadimləri” mövzusunda milli və beynəlxalq səviyyədə araşdırma aparanları bir yerə toplayaraq iştirakçılar arasında fikir alış-verişinin təmin olunması məqsədilə üzvlərə müraciət edərək “Dinin insanların düşüncə və hərəkətlərində, cəmiyyətdəki institutlar üzərində təsirinin azaldığı bir vaxtda məscidlər də yalnız namaz qılmaq məqsədilə istifadə olunur. Bu fikri dəyişmək üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə İcra hakimi ortaq qərar qəbul ediblər. Bu qərara görə artıq məscidlərin statusu dəyişəcək və onlar 6-7 qrupa ayrılacaq. Yerləşdikləri məkana görə, məhəllə məscidləri, meydan məscidləri, bazar məscidləri və s. kimi fərqli 7 bölgü ilə qruplaşdırılacaqlar. Hər qrupun içərisində özünə uyğun standart məkan olacaq. Bununla da məscidlər təkcə namaz qılınmaq üçün nəzərdə tutulmayacaq. Artıq gənclər, qadınlar, uşaqlar, yaşlıların otura biləcəkləri, söhbət edə biləcəkləri yer halına gələcək. Və beləliklə yüksək binalar arasında itən məscidlər, evlərində darıxan, sıxılan insanların yoldaşları ilə birlikdə getdiyi və hər birində fərqli imkanlar təklif olunan bir məkan halına gələcək. Eyni ilə Məhəmməd Peyğəmbərin (s.a.v) vaxtında olduğu kimi” deyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu