Nazir həkimlərlə bağlı yeni əmr imzaladı




Səhiyyə naziri Oqtay Şirəliyev həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi sahəsində əlavə tədbirlərin görülməsi üçün əmr imzalayıb. Bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.[b][/b]

Xəbərdə deyilir ki, əmrin icrası məqsədilə nazirliyə tabe idarə və xəstəxanaların rəhbərlərinə tapşırıqlar verilib.

Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru N.Qasımova sinir xəstəlikləri, anesteziologiya və reanimatologiya, mikrobiologiya və epidemiologiya, otorinolarinqologiya və kardiologiya kafedraları üzrə davamlı tibbi təhsilin 2017/2018-ci tədris ilindən tətbiqi pilot layihəsi üçün təkmilləşdirmə kurslarının təşkili və proqramların hazırlanması, həmçinin sertifikasiyadan keçmək üçün sənədlərin qəbulu tapşırılıb.

Daha sonra kadrlar, elm və təhsil şöbəsinin rəhbərliyinə və Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının sədrinə səhiyyə, elm və təhsil müəssisələri, peşəkar cəmiyyətlər və digər müəssisə və təşkilatlar tərəfindən keçirilən elmi və tədris tədbirlərinin davamlı tibbi təhsil üzrə akkreditə olunması barədə 1 ay müddətində təkliflər hazırlanması, davamlı tibbi təhsil sistemi üzrə yeni tədris ilinədək elektron proqramın texniki tapşırığının və proqramın hazırlanması, həmçinin istifadəyə verilməsi təmin edilməsi tapşırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu