Gəncədə xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri üçün təlim keçirilib





“Regional inkişaf üzrə maarifləndirmə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqlarına səyyari reabilitasiya xidmətlərinin təşkili və Gəncə şəhərində xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasının gücləndirilməsi” layihəsinin may ayından icrasına başlayıb. Layihə dövründə 30 nəfər xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün intensiv reabilitasiya məşğələləri və onların valideynləri üçün psixoloji və sosial-hüquqi reabilitasiya xidməti təşkil olunub.

Həyata keçirilən layihə çərçivəsində Gəncə şəhərində valideynlər üçün “Autizm xəstəliyinə erkən müdaxilə” adlı təlim keçirilib. Təlimdə autizm xəstəliyi haqqında, onun əlamətləri barədə, valideynlərə öz uşaqları ilə məşğələlərdən sonra evlərində işləmək qaydaları haqda mütəxəssis-loqoped İlhamə Abbasova geniş məlumat verdi. Təlim interaktiv şəkildə keçirildi və təlim iştirakçıları tərəfindən qaldırılan suallar həm təlimçi, həm də mərkəzin mütəxəssisləri tərəfindən cavablandırıldı. Valideynlərə müvafiq məsləhətlər verildi.

Eyni zamanda layihə çərçivəsində həyata keçirilən reabilitasiya məşğələləri nəticəsində reabilitasiyaya cəlb olunan uşaqlarda aşağıda göstərilən müsbət dəyişikliklər baş verib, onların davranış vərdişləri və bacarıqlarında olan inkişaf hiss edilir, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesi artmış, ictimai qaydalara riayət etmək bacarığı və vərdişləri yaranıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən qeyd olunan layihənin dəstəklənməsi Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqlarına yeni səyyari qaydada Reabilitasiya xidmətlərinin göstərilməsi və Gəncə Reabilitasiya Mərkəzinin davamlı fəaliiyət göstərməsində mühüm əhəmiyyət kəsb edir.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu