İsveçdən Fələstinə qarşı qəribə hərəkət


Fələstin dövlətini ilk tanıyan Avropa Birliyi dövləti sayılan İsveç qəribə bir addım atıb.

AFN.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu dəfə sözügedən ölkə Fələstin bayrağını terror qrupları bayraqları arasında nümayiş etdirib. İsveçdə tələbələr İraq və Suriyada terrorçulara qoşulan gənclərin qarşısını almaq üçün və onları məlumatlandırmaq üçün seminar keçirməyi qərara alıb. Seminarda terror təşkilatları ilə bağlı məlumat verilərkən, Fələstinin də bayrağı nümayiş edilib.
Polis müdiri Jonas Hysing yerli nəşrlərdən birinə bildirib ki, Fələstin bayrağındakı simvol “Əbu Nidal” terror qruplaşması tərəfindən də istifadə edilir. O, bildirib ki, bu məluat onlara Amerikanın Beynəlxalq Terrorla Mübarizə Mərkəzindən verilib. Hysing qeyd edib ki, Hz Məhəmməd Peygəmbərin möhürünü əks etidrən simvoldan isə İŞİD öz bayrağında istifadə edir.
Xatırladaq ki, ötən il İsveç Fələstini dövlət olaraq tanıyan ilk Avropa dövləti olub.

NÜŞABƏ



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu