Məşhur NLP ustadı nüfuzlu təşkilatın mükafatına layiq görülüb


Mayın 4-də Azərbaycanda ilk dəfə olaraq “Fərdi İnkişaf” sektorunun inkişafı ilə əlaqədar mətbuat konfransı keçirilib.

Konfransda məşhur Neyro Linqvistik Proqramlaşdırma (NLP) Ustadı Babək Bayramov beynəlxalq nüfuza malik treninq təşkilatı - “Mind Training İnstitute” (MTİ) tərəfindən NLP treninqləri standartlarına görə dünyada ən yüksək ustadlıq dərəcəsi sayılan “NLP Master Trainer” elan olunub. Babək Bayramov beynəlxalq aləmdə böyük nüfuza malik bir təşkilatdan bu adı almış ilk azərbaycanlı olub. Mətbuat konfransından sonra jurnalistlər üçün Motivasiya Seminarı verilib. Qeyd edək ki, MTİ Türkiyə təmsilçiliyinin rəhbəri Cemal Kondunun Bakıdakı səfəri davam edir və o, NLP Ustadı Babək Bayramovla birlikdə may ayının 2 - 3-də seminarlar verib. Səfərin məqsədlərindən biri də Azərbaycanda fərdi inkişaf sektorunun genişlənməsi üçün imkanları dəyərləndirmək və aidiyyatı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Eyni zamanda, Kütləvi İnformasiya Vasitələri İşçilərinin Respublika Həmkarlar İttifaqının qərarı ilə NLP Ustadı 2 müxtəlif nominasiya - “Azərbaycan Bayrağı” və “Xalqın Nüfuzlu Ziyalısı” nominasiyaları üzrə mükafatlara layiq görülüb.

[medium]http://afn.az/uploads/posts/2015-05/1430740972_nlp1.jpg[/medium]

[medium]http://afn.az/uploads/posts/2015-05/1430740923_nlp2.jpg[/medium]



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu