AFN.AZ / Nurayın xalası danışdı-

Nurayın xalası danışdı-

“Nurayın anası xəstə olanda atası onun üstünə yeni bir arvad aldı.”

Bunu 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarova bildirib. Onun sözlərinə görə, ata, 5 saylı doğum evinin həkimi Əvəz Bayramov Nuraydan özü imtina edib: “2004-cü ildə Nurayın anası ilə atası evlənib. Nuray qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Həmin vaxtı Nurayın anasında şiş olub. Biz də dedik ki, həyat yoldaşı həkimdir, yəqin bir çarə tapacaq. Sən demə şiş bədxassəli imiş. Həkim olsa da o, bunu bizdən gizlədib. O, birlikdə yaşayanda Nuyarın anasının gününü "qara edib". Ona balkona çıxmağa belə icazə verməyib, yazıq bacım 4 divar arasında qalıb. Hər gün evdə həyat yoldaşına fiziki zor, alçatma tətbiq edirmiş. Axırda da ona deyib ki, “Mən belə yaşaya bilmərəm, evlənməliyəm. Bu otağa da təzə arvadımı gətirəcəm”. Bacım buna razılaşmayanda onu uşağı ilə birlikdə bizim həyətə buraxıb gedib. Gedərkən qapını döyüb onları bizə gətirdiyini belə xəbər verməyib. Üzü-üzümə demədi ki, bacın xəstədir, bu səbəbdən istəmirəm”.

Mehriban Eldarova qeyd edib ki, Nurayın anası müəllimə idi: “Başladı işləyib həyatını davam etdirməyə. Bir neçə aydan sonra dedi ki, “Mehriban məni süd vəzim narahat edir, gedək həkimə görüm mənə nə olub”. Getdik həkimə, dedilər xərçəngdi. Artıq xəstəlik bütün bədənə yayılmışdı. Evimi satıb onun müalicəsinə xərclədim ki, bəlkə sağala. Iki il o, xərçənglə zülm çəkdi. Həmin vaxtı Nurayın atasına zəng etdim, vəziyyəti danışdım. Dedi ki, “arvadım, uşağım var, evimdə artıq söhbət istəmirəm, buraxın kanalizasiyaya, axsın getsin”. Belə tərbiyəsiz cavab verdi. 2010-cu ilin oktyabrında bacım dünyasını dəyişdi. Heç qapıdan belə girib baş sağlığı vermədi. Üstündən bir il keçəndən sonra bacımın il mərasimində evə bildiriş gəldi. Açanda baxdıq ki, bizi məhkəməyə verib, uşağı tələb edir. Mən də həmin vaxtı uşağı qəyyumluğa götürmüşdüm. Həmin qəyyumluq Qubada ləğv edilib.”

Mehriban Eldarova hesab edir ki, Nurayı atasına vermək onun ölümünə sərəncam verməkdir: “Nuray ağıllı baladır, 2 yaşında əlini göyə tutub ki, “Allah baba anamı cici elə”. Beləcə Allaha yalvardı, amma nə mənası? O, mənə ana deyir. Özü də həkimin kağızı var, ona zor tətbiq eləmək olmaz. Mənim Nurayı atasına verməyim o deməkdir ki, onun ölümünə imza atıram. O, məndən ayrıla bilməz, Nuray bunu istəmir.” (AzNews.az-a )
7-01-2017, 12:30
Geri qayıt