AFN.AZ / “Natiqlik təlimləri” layihəsinin icrasına başlanılıb

“Natiqlik təlimləri” layihəsinin icrasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin dəstəyi ilə həyata keçirilən “Natiqlik təlimləri” layihəsinin icrasına başlanılıb.

22-23 dekabr 2016-cı il tarixlərində “Natiqlik təlimləri” layihəsi çərçivəsində gənclərə “Danışdıqlarım və Mən” mövzusunda silsilə təlimlər keçirilib. Təlimlərdə hər iki gün müxtəlif universitetlərdən 35 nəfər gənc iştirak edib. Layihənin start götürdüyü ilk gün təlim sessiyası ərzində “natiqlik anlayışı”, “qarşındakını necə inandırmalı”, “ritorika”, “arqumentasiya”, “effektiv nitq üsulları” və s. mövzular ətrafında müzakirələr aparılmışdır. İştirakçılar tərəfindən verilən suallar təlimçi tərəfindən cavablandırılmış, təlimin növbəti hissəsi interaktiv şəkildə davam etmişdir.

Layihənin ikinci günü davam edən təlimlərdə daha çox praktiki hissələrə yer ayrılmış, bu hissə iştirakçıların aktiv müzakirələri ilə müşayiət olunmuşdur. İlk gün öyrənilən nəzəri biliklərlə bağlı praktiki simuliyasiyaları göstərilmiş, iştirakçıların birbaşa öz ifalarında çıxışlar dinlənilmişdir.

“Natiqlik təlimləri” layihəsinin icrasına başlanılıb










8-01-2017, 16:09
Geri qayıt