Tolqa Karel Günay Musayevadan polisə şikayət etdi

Xəbərin çap versiyası
Tarix: 8-02-2015, 14:28    |    Xəbər oxunub: 719 dəfə
Tolqa Karel Günay Musayevadan polisə şikayət etdi Aktyor Tolqa Karel həyat yoldaşı, azərbaycanlı model Günay Musayevadan polisə şikayət edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, Günayın sürücüsü tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib. Aktyor hadisənin modelin Maslakda yerləşən evinin avtomobil dayanacağında baş verdiyini söyləyib.
Tolqa oğlunu görmək üçün iki aydır ayrı yaşadığı həyat yoldaşının evinə getdiyini bildirib: "Əvvəl zəng vurdum. Cavab vermədiyi üçün evinə getdim. Qapını da açan olmadı. Dayanacağa düşdüm. Birdən iki nəfər hücum etdi. Biri silahlı idi. O, həyat yoldaşımın sürücüsü imiş. Bunu o etdirib, ona görə şikayətçiyəm".
Günay Musayeva isə iddiaları rədd edib: "Səhər saat 6-da içkili vəziyyətdə gəlib evi dağıtdı. Onu çölə çıxartdım. Sonra nə baş verdiyini bilmirəm".
Azərbaycanlı modelin sürücüsü Ozkan Berber də "Günay xanım Tolqa bəyin içkili halda gəlib evi dağıtdığını söyləyincə yanına getdim. Söyüş söydüyü üçün mən də Tolqaya sillə vurdum. Silahım yoxdur" deyərək söylənənlərin həqiqət olmadığını vurğulayıb.
Məhkəmə Tolqanı təhdid etdiyi üçün Berberin ona 3 ay müddətində yaxınlaşmasına qadağa qoyub.
Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqa cütlüyünün Cihangir adında övladları var.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Gözəl dərinin sirri...-

Gözəl dərinin sirri...- Kosmetoloqdan qızıl mәslәhәtlәr

Prezident

Prezident "Formula 1"lə bağlı sərəncam imzaladı

Şıxlinskaya 8 milyonluq iddiadan danışdı:

Şıxlinskaya 8 milyonluq iddiadan danışdı: "Mənlik deyil"

Nərimanovda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

Nərimanovda “20 yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda inşa-yazı müsabiqəsi keçirilib

20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

20 Yanvar faciəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Turistlərin sığortalanmasına çox az diqqət yetirilir-

Turistlərin sığortalanmasına çox az diqqət yetirilir- Assosiasiya narahatdır

AXDG-də hazırlıq kursları keçirilib-

AXDG-də hazırlıq kursları keçirilib- FOTOLAR

Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib

Bakı Metropolitenində tuneldə qalan qatar depoya göndərilib

Prezident QMİ-yə 4 milyon manat ayırdı

Prezident QMİ-yə 4 milyon manat ayırdı

Silahlı Qüvvələrlə bağlı yeni qanun qüvvəyə mindi

Silahlı Qüvvələrlə bağlı yeni qanun qüvvəyə mindi

Prezident viza prosedurlarını sadələşdirdi

Prezident viza prosedurlarını sadələşdirdi

Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur