"İçerde" serialının qəhrəmanları ölümlə üz-üzə qalıb

Xəbərin çap versiyası
7-01-2017, 14:16      
"İçerde" serialının yaradıcı və texniki heyəti köməksiz vəziyyətdə qalıb.

Türkiyə mətbuatı xəbər verir ki, İstanbula yağan qar yollardakı hərəkəti çətinləşdirib. Çəkilişlər üçün Belqrad meşəsinə gedən "İçerde" qəhrəmanları qar yağdığı üçün orada pis vəziyyətdə qalıblar. Heyət şəhərə qayıda bilmir.

"Coşqun" obrazını canlandıran Nebil Sayın dostlarının yaşadığı çətinliyi sosial şəbəkədə yazıb:

"80 nəfər, 20 avtomobil 8 saatdır Belqrad meşəsində əli-qolu bağlı qalmışıq. Maşınlar qarda ilişib, yanacağımız bitir".

Aktyor daha sonra Türkiyənin axtarıb-tapma xidməti olan AKUT, Fövqəladə hallar və digər aidiyyəti orqanların əllərin gələni etdiklərini yazıb:

"Amma bizi hələ də tapa bilmirlər. Gözləyirik, xəbər verəcəyəm".

Aktyor Ahmet Bilgin də Tvitterdə "İçerde" qəhrəmanları üçün "Kömək edin" yazıb. AKUT da hazırda axtarışların davam etdirildiyini bildirib. (axşam.az)

AFN.az

Baxış sayı: 68











Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz