Brilliant: "Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq"

Xəbərin çap versiyası
Tarix: 8-01-2017, 16:31    |    Xəbər oxunub: 412 dəfə
Brilliant: "Bəslədiyim münasibəti qarşı tərəfdən görmürəm. Düşündüyüm səviyyə icra olunmur, ona görə kənarda durmaq qərarına gəldim".

Bu sözləri xalq artisti Brilliant Dadaşova "Xəzər maqazin"ə açıqlamasında deyib.

Müğənni gündəmdən uzaqlaşmasının səbəbini açıqlayıb:

"Reytinq xatirinə etik olmayan şeylərə yol verilir. Ona görə çalışıram, çox verilişlərə getməyim. Çoxlarında özümü görmürəm, amma yaxşıları da var. Aparıcılar xoş olmayan suallar verirlər. Məəttəl qalırsan ki, gəncdir, həyata qarşı necə hirslidir. Hələ bu əziyyətlər görsə, görün necə əsəbi olacaq. Mən verilən sualları ancaq bununla əlaqələndirirəm. Yoxsa bu sualları verməz.

Mənim verilişim var idi, orada insanlara ancaq sevinc bəxş etməyə çalışırdım. Müğənnini elə təqdim edirdim ki, sanki ondan başqa dünyada ifaçı yoxdur". (axsam.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur