İlhamə Qasımova: “Onlar da mənim kimi övlad həsrəti çəksin”

Xəbərin çap versiyası
Tarix: 9-01-2017, 01:17    |    Xəbər oxunub: 374 dəfə
İlhamə Qasımova: Müğənni İlhamə Qasımova şəxsi həyatından danışıb.

Musavat.com xəbər verir ki, "ATV maqazin onlarla" proqramının "Gəlmələr" rubrikasının qonağı olan müğənni həyat yoldaşından bəhs edib: "Mənə deyir ki, "Yeni ulduz" müsabiqəsindən mənim fanatım olub. Mənim üçün gözəllik önəmli deyil, əsas ağıldır. Yeni tanış olanda onun yanında özümü çox kiçik hiss etdim, çünki onun qədər məlumatlı deyildim. Məni cəlb edən əsas ağıllı olması idi. Bəzən məndən inciyir, amma səbəbini tapa bilmirəm. Deyirəm ki, mənə xəbər elə, bilim niyə incimisən. Amma mən heç vaxt ona naz etmirəm.

Yoldaşım məndən 18 yaş böyükdür. Bu mənim alın yazımdır. İlk həyat yoldaşım da 16 yaş böyük idi. Həyat yoldaşım toylarda oxumağımı istəmir. Mən də şərt qoymuşam ki, aylıq toylardan gələcək gəliri mənə versin, toya getməyim. Sonra mənimlə razılaşdı. Mən ailə üçün hər şeydən keçə bilirəmsə, o da nələrisə keçməlidir".

İlhamə ana olması haqda yayılan xəbərlərə isə sərt reaksiya verib: "Mənim övladım yoxdur. Lakin müsabiqədə olan zaman şayiə yayıldı ki, anayam. Bu söhbətlər mənə pis təsir etdi. İllərdir ki, övladım olmasını istəyirəm, amma alınmır. Övladım olduğu haqda şayiə yayanların ailələri də illərlə övlad həsrəti ilə yaşasınlar. Heç vaxt qarğış etməmişəm. Amma övlad elə şeydir ki, onun şayiəsi olmaz. Həyatda elə qadın yoxdur ki, ana olmağı istəməsin".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru








Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur