Oqtay Kaynarca: “Eşkıya dünyaya hökmdar olmaz”ın yayımlanmama səbəbi...”



Aktyor Oqtay Kaynarca baş rolunu canlandırdığı “Eşkıya dünyaya hökmdar olmaz” serialının yayımlanmamasının səbəbini açıqlayıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Eşkıya dünyaya hökmdar olmaz” serialının 54-cü bölümünün bir neçə həftədir yayımlanmaması fenomen serialın kanalının dəyişdiyi haqda xəbərlərin yayılmasına səbəb olub. Sosial şəbəkədə ekran işi haqda yazılan minlərlə şərhdən sonra serialın “Hızır”ı Oktay Kaynarca yazıb:

“Hesab edirəm ki, hər kəs serialın yayımlanmaması barədə açıqlama gözləyir. Hörmətli serial sevərər, hər il mövsüm ortası, yəni yanvar ayında bütün şirkətlərin büdcələrinin yenidən hesablanma dövrüdür. Yəni serialların yayaımlanmasına 2-3 həftə fasilə verilir. Bütün hazırlıqları və yeni bölümün çəkilişləri öz axarı ilə davam edir. Diqqətniz, səbriniz və sevginiz üçün təşəkkür edirik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu