Ər tapmaq üçün gəldiyi proqramda yatdı- VİDEO




İspaniyanın "La tarde aquí y ahora" adlı evlilik proqramına qatılan yaşlı qadın efir zamanı studiyada yatıb.


Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, verilişdə özünə həyat yoldaşı axtaran Eloisa canlı yayımda yuxulayıb.

Aparıcı qısa zamanda ölkədə məşhurlaşan qadın barədə zarafatla belə deyib:

"Canlı yayımda faciəvi bir ölümə şahid oluruq, yoxsa Eloisa yuxuya gedib?"

Qadının oyanmadığını görəndə isə, o, studiyanın işıqlarının söndürülməsini və operatorlardan, qonaqlardan, həmçinin iştirakçılardan bir müddətlik studiyanı tərk etməsini istəyib.

Eloisa açıqlamasında bir gün öncə yuxu dərmanı atdığını və buna görə də, yatıb qaldığını bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu