Samsung Apple şirkətinin bacarmadığını etdi




Samsung yeni "Galaxy Note 8"də önəmli bir ilkə imza ata bilər.

Son zamanlar texnoloji gündəmi zəbt edən iki önəmli başlıq "Galaxy Note 8" və "iPhone 8" modellərində hansı yeniliklərin olacağıdır. Hər iki model haqqında yeni-yeni söyləntilər çıxır.

Bildiyimiz kimi Samsung S8 və S8+ modellərində barmaq izi oxuyucusunu telefonun alt qismində, ekranın altında yerləşdirmək istəyib. Lakin istəyini uğurla həyata keçirə bilməyib. Qarşılaşdığı problemlərlə zaman itirmək istəməyən şirkət, ekranın alt qisminin əvəzinə oxuyucunu telefonun arxa hissəsinə yerləşdirib.

iPhone 8 ilə bağlı çıxan son xəbərlərə nəzər salsaq, Apple şirkətinin də bənzər problemlərlə üzləşdiyini, amma Samsungdan fərqli olaraq bu problemləri həll edə bilmədiyini görürük. Belə ki, mərkəzi Kupertinoda yerləşən şirkətin oxuyucunu telefonun arxasına, Apple loqosunun altına yerləşdirmək istədiyi söylənirdi. Lakin iPhone modelinin çıxan prototipindən gördük ki, Apple istəyinə nail ola bilməyib.

Cənubi Koreyalı istehsalçılar isə Apple şirkətinin bacarmadığını bacarıb. Ortaya çıxan yeni Galaxy Note 8 prototipi bunu net bir şəkildə sübut edir. Note 8-in prototipi nümayiş etdirilən videonu sizə təqdim edirik.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu