Tolqa Karel Günay Musayevadan polisə şikayət etdi

Xəbərin çap versiyası
8-02-2015, 14:28      
image here

Aktyor Tolqa Karel həyat yoldaşı, azərbaycanlı model Günay Musayevadan polisə şikayət edib.

Axşam.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, Günayın sürücüsü tərəfindən silahlı hücuma məruz qaldığını iddia edib. Aktyor hadisənin modelin Maslakda yerləşən evinin avtomobil dayanacağında baş verdiyini söyləyib.
Tolqa oğlunu görmək üçün iki aydır ayrı yaşadığı həyat yoldaşının evinə getdiyini bildirib: "Əvvəl zəng vurdum. Cavab vermədiyi üçün evinə getdim. Qapını da açan olmadı. Dayanacağa düşdüm. Birdən iki nəfər hücum etdi. Biri silahlı idi. O, həyat yoldaşımın sürücüsü imiş. Bunu o etdirib, ona görə şikayətçiyəm".
Günay Musayeva isə iddiaları rədd edib: "Səhər saat 6-da içkili vəziyyətdə gəlib evi dağıtdı. Onu çölə çıxartdım. Sonra nə baş verdiyini bilmirəm".
Azərbaycanlı modelin sürücüsü Ozkan Berber də "Günay xanım Tolqa bəyin içkili halda gəlib evi dağıtdığını söyləyincə yanına getdim. Söyüş söydüyü üçün mən də Tolqaya sillə vurdum. Silahım yoxdur" deyərək söylənənlərin həqiqət olmadığını vurğulayıb.
Məhkəmə Tolqanı təhdid etdiyi üçün Berberin ona 3 ay müddətində yaxınlaşmasına qadağa qoyub.
Qeyd edək ki, 2011-ci ildə ailə quran Günay və Tolqa cütlüyünün Cihangir adında övladları var.

Baxış sayı: 208

Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
 

Copyright © 2012-2016 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Schamil