Samira: "Bodrumda mahnı oxudum və..."


"İstərdim ki, bizdə də servis yüksək səviyyədə olsun"

AFN.az seyyah.az-a istinadən sevilən müğənni Samira ilə müsahibəni təqdim edir:

- Samirə xanım, istirahətə vaxt tapırsız?

- Son zamanlar yox

- Adətən kiminlə dincəlmək istəyirsiz?

- Bəzən tək, ya da övladlarımla.

- İstirahətə nə vaxt gedirsiz, ancaq mövsümdən mövsümə, yoxsa yorulanda?

- Əslində istərdim yorulanda dincələm, amma təəssüf ki, istirahəti yalnız yayda tətildə edə bilirəm. Dincəlməyə övladlarımla gedirəm. Əsas onlaın istirahətini təşkil etmək lazımdır.

- Yaxşı istirahət etdim-deyəndə nəyi nəzərdə tutursuz? Yatıb-dincəlməyi, müsiqiyə qulaq asmağı, dagda-bağda gəzməyi, yoxsa təkliyə çəkilməyi?

- Təklikdə, ya da övladlarımla dincəlməyi. Bunların hər kisindən sövq alıram.

- Harada istirahət etməyi xoşlayırsız, xaricdə, yoxsa burda?

- Xaricdə.

- Dincəlmək üçün sizə 5 ulduzlu lüks otel və yaşıllıqlar içərisində olan bir kənddə balaca bir ev təklif olunarsa hansını seçərdiniz?

- Hər ikisi mənim üçün maraqlı ola bilər. Amma xarici ölkədə.

- Azərbaycanın hansı bölgəsində olmusunuz? Ən çox hansı bölgədə istirahət etməyi sevirsiz?

- Azərbaycanın demək olar ki, bütün bölgələrində olmuşam. Ən sevdiyim yerlərimiz isə Qax, Zaqatala və Qusar oldu.

- Tətilə gedəndə hansı əyləncə ilə məşğul olmaq istəyirsiz? Sevdiyiniz bir oyun növü varmı?

- Yox, sadəcə sakit, səs-küydən uzaq olmaq istəyirəm. Dənizi seyr etməyi çox sevirəm. Baxdıqca Allahın gözəlliklərini dərk edirəm.

- Bizim turizm obyektlərindəki vəziyyət səni qane edir? Qane etməyən olubsa nədir?

- Əslində çox təəssüf ki, qane etmir. Azərbaycanımızın gözəl guşələri var, istirahət üçün məkanlarımız çoxdur. Amma xidmət üçün servis çox aşağı səviyyədədir.

- İstirahət mərkəzlərində ən xoşuna gələn və gəlməyən cəhətlər nədir? Xoşuna gələn, ya gəlməyən turizm obyektləri və ya istirahət mərkəzləri var?

- Otellərdə servisin səviyyəsinin yaxşı olması çox vacib şətdir. Istirahət üçün getdiyim yerlərdə bu, nəmizlik və dənizin olmasına üstünlük verirəm.

- Bəs xarici ölkələrin hansında olmusunuz? Orda vəziyyət necədir? Xoşunuza gəlirmi?

- Tez-tez Türkiyədə oluram. Ən çox sevdiyim şəhər isə Bodrumdur.

- Ən xoşunuza gələn ölkə hansıdır və niyə? Hansı ölkələrdə hansı yerlərdə olmaq istəyərdiniz?

- Ümumiyyətlə istirahət etməyi çox sevirəm. Bunun üçün ölkənin fərqi yoxdur. Təki şəhərləri gəzim.

– Turist kimi xarici ölkədə olarkən hansı problemlərlə üzləşmisiz və necə həll edilib?

- Bəzən otellədə xırda problemlər olub. Amma bunu oranın dənizi və xoş havası konpensasiya edib.

- Xaricdə istirahət zamanı gördüyünüz elə bir cəhət varmı ki, istərdiz ki, bizdə də olsun? Məsələn nələr?

- İstərdim ki, bizdə də servis yüksək səviyyədə olsun.

- İstirahət etdiyinız yeri seçəndə hansı məsələ sizin üçün ən vacibdir və onu nəzərə alsrsınız – qiyməti, havasını, görməli yerlei, tarixi yerləri və s.

- Qiymət öz yerində. Bundan başqa da hər şeyə diqqət yetirirəm. Ən başlıcası servis yüksək səviyyədə olmalıdır.

- Bu il harada istirahət edəcəksiz?

– İnshallah Antaliyada

- Kiminlə gedəcəksiniz?

– Uşaqlarımla

- Səyahət və istirahət zamanı yadınızda qalan və rastlaşdığınız ən maraqlı hadisə nə olub?

- Bir dəfə Bodrumda mahnı oxuyub, həmin otelin prensesi oldum, birinci yer tutdum yəni.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu