PKK Ermənistandan dəstək istədi


Türkiyə kəşfiyyatı (MİT) PKK terror təşkilatı ilə sensaion məlumatlar yayıb.

Avropa.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, MİT PKK-nın Türkiyənin Ağrı, Qars-Kağızman, İğdır, Doğubəyazid, Ərdahan, Göle, Ərzurum vilayətlərinin bir hissəsində fəaliyyətini genişləndirib, separat bölgə yaratmaq planının üstünü açıb.

Terror təşkilatı separat bölgəni yaratdıqdan sonra Ermənistanının köməyi ilə bu ölkədən gələn hərbi yardım axınını təmin etmək istəyir. Təhlükəsizlik və kəşfiyyat orqanlarının apardığı təhlilə görə, Doğubəyazıtda baş verən hücumlarla separatçı plan pik həddinə çatıb. Qəndildə qərarlaşan terrorçu lider Cemil Bayıkın ən yaxın adamlarından biri Yusu Şek terror aktlarını artırmaq uçub bu bölgəyə göndərilib. PKK Türkiyənin şərqində terror aktlarını törətməyə davam edərkən, Suriyada da yeni separat bölgənin elan ediləcəyi gözlənilir.
Elan ediləcək separat bölgə üçün təhlükəsizlik qüvvələrinin qənaəti bu şəkildədir:
Ağrı vilayətində Sırrı Sakıkın bələdiyyə sədri, Leyla Zananın isə millət vəkili seçdirilməsi təsadüfi məsələ deyil. Plan baş tutarsa, terror təşkilatının liderlərindən sayılan Sakık, yaxud Leyla Zana separat bölgənin prezidenti elan olunacaq. Planın növbəti hissəsi Ermənistandan gələn silah yardımı ilə davam edəcək. Ermənistanda PKK-nın təlim düşərgələrinin olması məlum faktdır.

Separat bölgənin elan edilməsi üçün hazırlanan terror aktları isə bu tarixi ardıcıllıqla inkişaf edib:
11 iyul 2015

PKK üzvləri Doğubəyazid-İğdır və Doğubəyazid-İran magistralında 3 yük maşınını dayandırdı. Sürücüləri çölə çıxaran terrorçular maşınları benzin tökərək yandırdı. Ərdahanın Gölə ilçəsində terrorçular bələdiyyə aid kamazı oğurladı.

12 iyul 2015
Həmin ərazidə terrorçuların açdığı atəş nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.

14 iyul 2015
Ağrının Doğubəyazid ilçəsində yolun qarşısını kəsən bir qrup terrorçu beton qarışdıran maşına od vurdu.

15 iyul 2015
Eyni bölgədə PKK təhlükəsizlik qüvvələrinə atəş açdı. Ölən və yaralanan olmasa da, 3 avtomobil xəsarət aldı.

16 iyul 2015
İğdir-Aralık magistralının Qaraqoyunlu çıxışında PKK özəl şirkətə məxsus yük maşınına və bir mülki avtomobilə od vurdu.

17 iyul 2015
PKK Vanın Çaldıran ilçəsində Ağrı vilayətinə gedən yolda mülki vətəndaşa məxsus bir avtomobili yandırdı. İğdir-Doğubəyazid magistralında 30 avtomobilin qarşısını kəsdilər. Hadisə yerinə gələn jandarm üzvlərinə atəş açıldı. Cavab atəşi nəticəsində terrorçular hadisə yerindən qaçdılar.

19 iyul 2015
Ərzurumun Tekman ilçəsində bir qrup elektrik işçisi təhdid edildi, avtomobilləri əllərindən alındı. Ağrıda isə aralarında 8 silahlı terrorçunun olduğu 30-40 nəfər qara maskalı şəxs yol ilə hərəkət edən yük maşınını dayandıraraq yandırdılar. Daha 4 maşınının qarşısı kəsilində jandarm qüvvələri müdaxilə etdi.

21 iyul 2015
İğdırda magistral yolu kəsərək nəqliyyatı dayandırdılar. Ərzurumda bir firmaya məxsus dəzgah və avtomobil benzin tökülərək yandırıldı.

22 iyul 2015
Qarsda yolu kəsən terrorçular 11 avtomobili yandırdılar. Ağrıda elektrik şirkətinin iki nümayəndəsi silahlı təhdidə məruz qaldı.

23 iyul 2015
Çaldıran-Doğubəyazid yolunda 3 terrorçu 3 yük maşının yandırdı.

24 iyul 2015
PKK Ərzurumda elektrik şirkətinin iki avtomobilini müsadirə etdi.

25 iyul 2015
Ərzurumda yolda dayandırılan təcili yardım maşınının iki əməkdaşı oğurlandı, daha sonra azad edildi.

26 iyul 2015
Qarsın Sarıqamış ilçəsində 4 maşını yandırdılar.

27 iyul 2015
Ağrının Doğubəyazid ilçəsindən keçən qaz kəməri xətti partladıldı. PKK üzvləri yolda dayandırdıqları bir maşına od vurdular. Hadisə yerinə gələn əsgərlərə qumbaraatan və avtomatlardan atəş atıldı. Bir əsgər yaralandı. Ərzurumda 7 maşın yandırıldı.

29 iyul 2015
Ağrının Doğubəyazid ilçəsində təhlükəsizlik qüvvələrinə açılan atəş nəticəsində 3 əsgər yaralandı. Aparılan əməliyyat nəticəsində 2 terrorçu öldürüldü, 2-i yaralandı.

30 iyul 2015
Qarsın Sarıqamış ilçəsində qatarın keçdiyi relslərə yerləşdirilmiş bomba partladıldı. Relslərə ziyan dəydi. Relsləri təmir edən bir dəmiryol fəhləsi vurularaq öldürüldü, bir kənd sakini yaralandı.

31 iyul 2015
Tehran-Van reysi üzrə hərəkət edən qatar yoluna qoyulan bombanın partlaması nəticəsində rels və vaqonlara zərər dəydi. Aparılan əməliyyat zamanı 3 terrorçu ölü olaraq ələ keçirildi. Vanın Çatak ilçəsində baş verən atışma zamanı 2 terrorçu öldürüldü, bir vətəndaş yaralandı. Qarsda yolu kəsən PKK üzvləri 20 avtomobili yandırdı.

2 avqust 2015
Gecə saat 3:00 radələrində Ağrının Doğubəyazud ilçəsində hərbi hissənin girişində bomba doldurulmuş traktor partladıldı. Açılan atəş nəticəsində 2 əsgər öldü, 31 nəfər yaralandı.

Musavat.com



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu