Yaponiyada G7 sammiti başladı


“Böyük yeddilik” ölkələri liderlərinin (G7) bu dəfə Yaponiyada, Tokiodan təxminən 300 km cənubi-qərbdə yerləşən Mie prefekturasının İse-Sima rayonunda nəzərdə tutulan görüşü başlayıb.


RİA Novosti xəbər verir ki, Yaponiyanın baş naziri Sindzo Abenin sədrliyi ilə keçirilən G7 sammitində ABŞ lideri Barak Obama, Fransa prezidenti Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyadan Devid Kemeron, İtaliya lideri Matteo Rentsi və Kanada lideri Castin Tryudo iştirak edirlər.

Sammitdə həmçinin Avropa İttifaqı Şurasının sədri Donald Tuskun və Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunkerin iştirakı gözlənilir.

Qeyd edək ki, liderlər G7 dəyərlərindən, həmrəylikdən və qlobal iqtisdiyyatdan danışacaqlar.

Beş sessiyada müzakirə ediləcək mövzular sırasında qlobal iqtisadiyyatın inkişafına dəstək, terrorizm ilə mübarizə, qaçqınlarla bağlı vəziyyət və iqlim dəyişikliyi də yer alacaq.

Sammitin nəticələrinə görə, deklarasiya mayın 27-də dərc ediləcək.(oxu.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu