Kəlbəcər girovları ilə görüş olub


Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri erməni işğalçıları tərəfindən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkib.

Bu barədə D.Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. Onun sözlərinə görə, yazdıqları məktub atasına çatdırılıb.

“Məktubda onun səhhəti, problemlərini soruşmuşuq. İki aydan çoxdur atamdan məktub ala bilmirik. Çox narahatıq”.

Xatırladaq ki, 2014-ci ilin iyulun 11-də 3 azərbaycanlı Kəlbəcərdə girov düşüb. Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürən ermənilər Həsən Həsənovu qətlə yetiriblər.

Qondarma “məhkəmə”nin hökmü ilə D.Əsgərov ömürlük, Ş.Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.(Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu