Nazir bacısından nümunəvi hərəkət


Bir neçə gün öncə Türkiyə baş naziri Binəli Yıldırım tərəfindən ailə və sosial siyasətlər naziri təyin olunan Fatma Betül Sayan Kayanın məmur bacısı ona görə istefa verib.

Moderator.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ailə və Sosial Siyasətlər Nazirliyində müşavir vəzifəsində çalışan Ayşə Hilal Sayan Koytak bacısı Fatma Kayanın nazir seçildiyini öyrənər-öyrənməz istefa verib. O, istefa qərarını “Bacım nazir ikən mənim orda işləməyim etik olmaz” prinsipi ilə verib.

Ayşə Koytak istefa xəbərini Tvitterdən bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu