İqtisad Universitetində «Məzun Günü» biznesi


Rektor Ədalət Muradov tələbələrə mantiya və bilet satdırır

Azərbaycan Dövlət İqtisad Universitetində «Məzun Günü» adlı tədbir keçiriləcək. Tədbir iyunun 29-da Heydər Əliyev adnı İdman Konsert Kompleksində təşkil olunacaq. Səbəb isə ADİU-nu bitirən tələbələri təmtaraqlı şəkildə yola salmaqdır. Necə ki, xarici dövlətlərdəki universitetlərdəki kimi.

Amma ADİU-nun məzunları bu günü təkcə fərəhlə yadda saxlamayacaqlar. Həm də onların qarşısında həmin tədbirlə bağlı qoyulmuş tələbləri də unutmayacaqlar. Yəni, xoş xatirənin içində bir də pi sbir xatirə məsələsi.

Sayt yazır ki, rektor Ədalət Muradov qəti şəkildə tapşırıq verib ki, hər bir tələbə məzunun əynində mantiya olmalıdır. Bui lk baxışdan qəribə deyil, bəlkə də təqdir olunan haldır. Çünki hamının eyni formada geyinib, bayram keçirməsi Qərb təhsil ocaqlarında da geniş yayılmış durumlardan sayılır. Lakin ADİU-dakı vəziyyətin digərlərindən fərqi odur ki, bu mantiyaları yalnız rektorun məsləhət bildiyi yerdə alınmalıdır. Üstəlik, mantiya almayan və ya almaqdan imtina edən şəxs məzun günü ilə bağlı tədbirə buraxılmayacaq.

Hərçənd Xalq.az prosesin bununla yekunlaşmadığını da yazır. Sayt bildirir ki, rektorun bir başqa tələbi də var. Həmin tələbə əsasən hər bir tələbə özüylə iki nəfər qonaq da gətirməlidir. Həmin qonaqlara isə bilet verilməlidir ki, bu zaman da onun qiyməti 25-50 manat aralığında dəyişir. Yəni, cənab rektorun tələbələrdən məzun olduqları vaxtda pul qoparmaq cəhdi kifayət qədər unikal görünür.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
(Xalq.az)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu