Avropa və Britaniya üçün kədərli gündür


"Avropa və Böyük Britaniya üçün kədərli gündür".


"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Britaniyanın Avropa İttifaqından çıxıb-çıxmaması ilə bağlı keçirilən referendumun nəticələrini dəyərləndirərkən bildirib.
Almaniya kanslerinin müavini Ziqmar Qabriel isə "twitter" səhifəsində yazıb: "Lənət şeytana! Avropa üçün pis gündür".
Referendumun nəticələrini dəyərləndirən Finlandiyanın keçmiş baş naziri Aleksandr Stubb deyib: "Lütfən, mənə yatdığımı və pis yuxu gördüyümü deyin!".
Qeyd edək ki, referendumun nəticələrinə görə, seçicilərin 52 faizi Britaniyanın Avropa İttifaqından çıxmasına, 48 faizi isə qalmasına səs verib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu