Messi yeni imici ilə diqqət çəkdi


Leonel Messi də saçlarını sarıya boyayıb.

"Barselona"nın super ulduzu Leonel Messi imicini dəyişdirib. Argentinalı ulduz saçlarını sarıya boyayıb.

"Barselona" yeni mövsüm hazırlıqlarına İngiltərədə davam edir. Komandada ən diqqət çəkən ad isə Messi olub. Argentinalı oyunçu bu dəfə texnikası ilə deyil, yeni imici ilə gündəmdədir. Saçlarını sarıya boyayan super ulduz Messi bütün diqqətləri üzərinə çəkib.

Məşhur futbolçular arasında sarı saç modası daha çox yayılıb. Buna Samir Nasri, Aaron Ramsey, Phil Jones, Maradona (Futbolu buraxdıqdan sonra saçlarını bir müddət sarıya boyamışdı), Sinan Gümüş və digər futbolçuları misal göstərmək olar. (musavat.com)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu