Çinli cütlük toy fotosu üçün 80 il gözlədi


1936-cı ildə evlənən Song Kinqlin (102) və Sonq Lişi (99) maddi vəziyyətləri yaxşı olmadığı toy edə bilməyiblər. Toy etmək onların ürəklərində hər zaman bir arzu olaraq qalıb.

Modern.az xarici KİV-nə istinadən xəbər verir ki, Çinin Anhui şəhərində yaşayan , bir-birini sevən cütlük, evləndikdən 80 il sonra ənənəvi toy paltarlarını geyinib və şəkillər çəkdiriblər.
Evliliklərinin 80-ci il dönümünü qeyd edən romantik cütlüyə xəyallarını gerçəkləşdirməyinə könüllü gənc kömək edib.
Sosial mediada hər kəsin rəğbətini qazanan yaşlı cütlüyün 6 uşağı və 4 nəvəsi var.
Eyni evdə 4 fərqli nəslin yaşadığını ifadə edən yaşlı cütlük, həyatlarından razı olduqlarını bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu