Jurnalist mətbuat katibi ilə evlənir- FOTOLAR


Tanınmış telejurnalist İradə İsaq ailə qurmağa hazırlaşır.

O, Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi, jurnalist Yaşar İsakovla rəsmi nikaha daxil olacaq.

Cütlüyün hazırda Xaçmazda istirahətdə olduğu deyilir.

Xatırladaq ki, hazırda Yaşar İsakovun 52, İradə İsaqın 36 yaşı var.

Qeyd edək ki, toy sentyabrın 1-də Bakıdakı əyləncə mərkəzlərindən birində (adını bilsək də, açıqlamırıq) keçiriləcək.

AzNews.az-ın əməkdaşı məsələylə bağlı cütlükdən açıqlama almaq istəsə də, telefona cavab verən Yaşar İsakov xəbəri nə təkzib, nə də təsdiq etdi. (Ölkə.az)






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu