Çində “sehirli dovşan”ı gördülər


Son 22 ildə zooloqlar ilk dəfə onları müşahidə ediblər

Çində Tyan-Şan dağ massivində zooloqlar son 22 il ərzində ilk dəfə İli Rika cinsindən olan nadir dovşanı aşkar edə biliblər.
Afn.az lenta.ru saytına istinadən xəbər verir ki, “sehirli dovşan”la bağlı The Daily Mail nəşri məlumat yayıb.
Məhz, öyrənilmədiyinə və insanların yaşayış zonasında nadir hallarda rast gəlindiyinə görə, bu heyvanları “sehirli dovşan”lar adlandırıblar. Bu bioloji növ ilk dəfə təbiəti mühafizə xidmətinin işçisi Li Veydun tərəfindən 1983-cü ildə aşkarlanıb. Maraqlıdır ki, dovşan bu dəfə də məhz, onun, həmin mütəxəssisin gözünə görünüb.
Heyvan hətta Veyduna bir neçə yaxşı şəkil çəkdirmək üçün “şərait” də yaradıb. Veydun da bundan istifadə edərək dovşanın əla keyfiyyətli şəkillərini çəkə bilib.
The Daily Mail yazır ki, İli Rika növünün sayı aşkar olunduğu vaxtdan indiyə qədər 70 faiz azalıb. Mütəxəssislər “sehirli dovşan”ların sayının pandalardan daha sürətlə azalmaqda olduğunu (hər iki heyvan növü Qırmızı kitaba düşüb) qeyd ediblər.
İli Rika dovşanları yalnız Çinin şimali-qərbində, Sintsizyan əyalətindəki Tyan-Şan dağlarında məskunlaşıb. Heyvanın bədəninin uzunluğu təxminən 20 sm-dir. Bu növdən olan dovşanların davranışları, qidalanmaları və həyatlarının digər detalları haqda alimlərə heç nə məlum deyil.

Rafiq



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu