Banklar vədlərinə əməl etmədi- VİDEO


“Əsas borcu ödə, faizi qalsın”.

Devalvasiyadan sonra dollarla kredit götürmüş şəxslər kütləvi şəkildə borclarını ödəməkdən imtina edəndə bəzi banklar bu təkliflə çıxış etdilər. Şərtlə razılaşan vətəndaşlar krediti yeni qayda ilə ödəməyə başladılar. İndi isə banklar vədlərinə əməl etmir.

Faizlərin dondurulması ilə əlaqədar bankla müştəri arasında yazılı razılıq və ya kredit müqaviləsinə dəyişiklik olmayıb. Şifahi öhdəliklə bağlı tələb irəli sürmək isə nəticəsiz qalır.

Bu cür təkliflərlə üzləşən vətəndaşlar mütləq yazılı razılıq əldə etməli və razılığı rəsmiləşdirməlidir.

Xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edirik:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu