Cəmil Həsənli ABŞ səfirliyində olub


Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli bu gün ABŞ səfirliyində siyasi müşavirlər Vilyam Solli və Süzan Çelsi ilə görüşüb.

Məlumatı Turan agentliyi yayıb.

Görüşdə Azərbaycandakı mövcud daxili siyasətlə bağlı müzakirə aparılıb. C.Həsənli Dövlət Departamentinin qarşıdakı referendumla bağlı mövqeyini alqışlayıb.

Xatırladaq ki, Dövlət Departamenti müxalifətçilərin həbsini qınayıb və Azərbaycan Konstitusiyasına təklif edilən dəyişikliklər üzrə Avropa Şurası Venesiya Komissiyasının rəyinin alınmasının vacibliyini bildirib.

Görüşdə həmçinin Nardarandakı vəziyyət müzakirə olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu