Mətbuat Şurasından KİV-ə xəbərdarlıq


Bu gün Azərbaycan Mətbuat Şurasının təşəbbüsü ilə «Media və radikal cərəyanlara qarşı mübarizə yolları» mövzusunda konfrans keçirilib.

Şuradan AFN.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov bildirib ki, Azərbaycan mediasının dini məsələlərə yanaşma tərzi mənəvi əhəmiyyət daşıyıb. Bu zaman hər hansı təfriqəçilik meyli nəzərə çarpmayıb. Başlıca olaraq dinin dövlətdən ayrı olması prinsipi rəhbər tutulub, dövlətçilik maraqlarına sadiqlik nümayiş ön planda olub.

Azərbaycanın dövlətçilik maraqlarında Türkiyə ilə strateji müttəfiqliyin mühüm həlqəni təşkil etdiyini vurğulayan Ə.Amaşov onu da bildirib ki, qardaş ölkədə iyulun 15-də həyata keçirilmiş dövlət çevrilişi cəhdi Azərbaycan cəmiyyəti, o cümlədən mediası tərəfindən şiddətlə qınanılıb. Bu baxımdan çevriliş cəhdini edən nurçuların ölkəmizdə də dayaqlarının mövcudluğu istiqamətində diskussiyalar açılıb.

Ə.Amaşov medianın bu sayaq məsələlərə münasibətdə həssas davranmasının zəruriliyini əsaslandırıb. Hansısa şəxsin və şəxslərin bu xüsusda damğalanmasının düzgün yanaşma olmadığını vurğulayıb. Cəmiyyətdə bölücülüyün yaranmaması üçün medianın hadisə və proseslərə obyektiv yanaşmasının, faktlara söykənməsinin vacibliyini bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu