Lənkəranda bina çökdü- FOTO


Lənkəranda taxta konstruksiyalı birmərtəbəli köhnə tikili çöküb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri binanın yerləşdiyi əraziyə gələrək təhqiqat işləri aparıblar. Binanın ətrafına girişin qadağan olunmasını bildirən lentlər çəkilib.

Həmçinin mövcud vəziyyət barədə müvafiq qurumlar məlumatlandırılıb.

Qeyd edək ki, əvvəllər bu binada Dəri-Zöhrəvi Xəstəlikləri Dispanseri fəaliyyət göstərib. Şəhərin Səttərxan küçəsi, 52 ünvanda yerləşən, ümumi sahəsi 170 kv.m olan bina uzun müddət qəzalı vəziyyətdə olub. (APA)








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu