Sumqayıtda "Dakka bazarı"-FOTOLAR


AFN.az-ın redaksiyasına Sumqayıtın mərkəzində yerləşən meyvə-tərəvəz bazarı ilə bağlı şikayət məktubu daxil olub. Məktubda bildirilir ki, orta əsrləri xatırladan bazarda antisanitariya baş alıb gedir.

Məktub müəllifi daha sonra qeyd edir: "Sumqayıtda mənfi mənada gözə çarpan mənzərələrdən biri 9-cu mikrorayon, “Şərq bazarı” deyilən ərazidə fəaliyyət göstərən maşın yolunun üzərində yerləşən meyvə-tərəvəz bazarıdır ki, burada dəhşətli dərəcədə antisanitariya şəraiti hökm sürür . Son vaxtlar Sumqayıtda aparılan abadlıq işlərinin fonunda “Şərq bazarı”ndakı adıçəkilən meyvə-tərəvəz bazarı şəhərə yamaq kimi görünür və onun mövcud olması heç cür başadüşülən deyil. Görəsən, ölkənin 2-ci böyük şəhərinin mərkəzində orta əsrləri xatırladan, xəstəlik mənbəyi olan, şəhərə ləkə olan bu bazar niyə indiyəcən qalıb?! Hal-hazırda ölkənin hətta ən ucqar və geridə qalmış kəndlərində belə bu cür primitiv və acınacaqlı mənzərəyə rast gəlmək olmaz. Zaman keçdikcə Sumqayıtda binalar, səkilər, bardürlər, hətta işıqforlar belə yeniləndi, təmir olundu. Lakin uzun illər boyu dəyişməyən bir məkan var ki, o da Sumqayıtın bu bərbad bazarıdır. Yağış yağan zaman bura palçığın, zığın əlindən daha dözülməz hala düşür. Bu bazarın vəziyyəti dəfələrlə mətbuatda qabardılsa da, bu bazara əncam çəkilməyib. İlin istənilən fəslində bazarda hökm sürən xaos, antisanitariya sanki buranın simasına çevrilib. Bu ərazidən insanların gediş-gəlişi əməlli-başlı müşkülə çevrilib. Bir tərəfdən də maşınların hərəkəti vəziyyəti daha da dözümsüzləşdirir. Bazarın həm meyvə-tərəvəz, həm də tikinti materialları satılan hissəsindən keçən avtomobil yolunda tıxaclar yaranır. Burada özbaşınalıq, qanunsuzluq, cəzasızlıq, pul qazanmaq həvəsi o həddə çatıb ki, nəinki maşın yolunun hər iki tərəfində, hətta düz yolun ortasında belə alverə şəarit yaratmaqdan çəkinmirlər. Bu bazarda hökm sürən səs-küy, dərəbəylik, ətrafdakı maşın yolunda bazarın səbəbkar olduğu tıxacdan irəli gələn qulaqbatırıcı siqnal səsləri, xaos, üfunət, piayadaların buradan rahat keçə bilməməsi adamda elə təəssürat yaradır ki, sanki bura Sumqayıtın yox, Banqladeşin paytaxtı Dakka şəhərinin (Dakka dünyanın ən çirkli şəhəridir) bazarıdır. Bazar “Şərq bazarı” adlananda mütləq bərbad gündə olmalıdır ki?!

Bu “Banqladeş bazarı"nın ətrafındakı bərbad vəziyyətin şahidi olanda istət-istəməz belə bir təbii fikir yaranır ki, bazar rəhbərliyi hər gün yüzlərlə piştaxtadan, dükandan yığdığı pulun cüzi bir hissəsini niyə bazarın abadlaşmasına xərclənmir?! Halbuki bir günün qazancına belə ən azından bazarın ətrafındakı çox da böyük olmayan yolları abadlaşdırmaq olar. Necə deyərlər şəhərin bir yanında gözəl bulvar tikilir, ondan bir az aralıda isə rəzalət saçan bazar “çiçəklənir”.

Əlbəttə, bəziləri deyə bilər ki, burada yüzlərlə sahibkar ailəsinə çörəkpulu qazanır və bu bazarın yığışdırılması işsizlərin sayını çoxaldacaq. Amma bir həqiqət var ki, bazarda müəyyən qayda-qanun olmalıdır. Bazar üçün sivilizasiyaya uyğun münasib yer ayrılmalıdır və bazar qanun çərçivəsində, sanitar qaydalara uyğun şəkildə fəaliyyət göstərməlidir".

Bazar rəhbərliyinin də mövqeyini verməyə hazırıq.

FƏRİD

















Sumqayıtda "Dakka bazarı"-FOTOLAR




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu