Mehriban Əliyeva qızı ilə qoruqda- FOTOLAR


Bolqarıstanın Veliko Tırnovo şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunan “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun sentyabrın 22-də açılışı olub.

Azərbaycan birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva mərasimdə iştirak ediblər. Bolqarıstanın Baş naziri Boyko Borisov, Veliko Tırnovo şəhərinin meri Daniel Panov və digər rəsmi şəxslər Mehriban Əliyevanı və Leyla Əliyevanı qarşılayıblar.

Əvvəlcə burada xatirə lövhəsinin açılışı olub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib. O, səmimi qəbula görə minnətdarlıq edib:

Mehriban Əliyeva qeyd edib ki, Azərbaycan Avropa ilə Asiya arasında, sivilizasiyaların qovuşuğunda yerləşir:

“Heydər Əliyev Fondu məhz dünyanın mədəni müxtəlifliyi, tolerantlıq və qarşılıqlı hörmət prinsiplərinə əsaslanaraq təkcə Azərbaycanda deyil, bütün dünyada mədəni irsin dəstəklənməsi üzrə layihələr həyata keçirir. Fondun dəstəyi ilə Versal sarayındakı heykəllər bərpa olunub. Biz Strasburq kilsəsinin bərpasında iştirak etmişik. Romadakı Kapitoliya muzeyində “Filosoflar zalı” bərpa edilib. Biz Vatikan muzeylərindəki nadir əlyazmaları bərpa edirik. Azərbaycan yeganə müsəlman ölkəsidir ki, ən qiymətli xristian relikviyalarından birinin – Vatikandakı Müqəddəs Marçellino və Pyetro katakombalarının bərpası üzrə böyük bir layihəni həyata keçirib”.

Heydər Əliyev Fondunun prezidenti bu layihənin həyata keçirilməsinə aidiyyəti olanların hamısına təşəkkür edib:

“Ölkələrimiz arasında, xüsusən humanitar sahədə əlaqələrin möhkəmlənməsində onun rolu çox böyükdür. Bu layihəni qısa müddət ərzində həyata keçirmiş tikinti şirkətlərinə təşəkkürümü bildirirəm. Bildiyiniz kimi, əməkdaşlıq haqqında saziş keçən il may ayında imzalanıb və artıq bu gün biz bərpa olunmuş qoruğu açırıq.

Qonaqpərvərliyinizə görə sizə bir daha dərin minnətdarlığımı bildirirəm. Sizi milli bayramınız münasibətilə təbrik edir, hamınıza möhkəm cansağlığı, xoşbəxtlik və bol-bol sevgi arzulayıram. Çox sağ olun”.

Qeyd edək ki, “Trapezitsa” Memarlıq Muzeyi Qoruğunun konservasiya və bərpası, texniki infrastrukturunun inşası və təmiri haqqında” saziş 2015-ci il mayın 27-də Sofiyada imzalanıb. Sazişə əsasən, Heydər Əliyev Fondu tarixi abidədə 158 metr uzunluğunda qərb divarının konservasiyası və bərpasını, 880 metr uzunluğunda turizm xiyabanının salınmasını, mədəni irs mərkəzinin yaradılmasını, ərazidəki orta əsrlərə aid 3 kilsənin təmiri və konservasiyasını həyata keçirib. (Azərtac)


















AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu