Körpə(nin) arzular(ı)


Çinarə ÖMRAY

Yekələnəndə məmur olacam . Heç birinizi saymayacam. Niyə sayım e? Tayınız-tuşunuzam? Özümə ən luks maşın alacam. Ən kasıb birinizi də sürücü götürəcəm. Ona görə ən kasıbınızı ki, hər dəqiqə “acından ölürdün, səni mən adam elədim. Babalarına çörəyi mən verirəm” deyə bilim.

Başı aşağı olsun yanımda. Məndən asılı olsun. Həmdə hamı desin ki, kasıba çörək verdi. Qəbuluma gələnləri günlərlə qapıda gözlətdirəcəm. Vaxtım olmayacaq. Noolsun ki, içəri otaqda uzanmışam? Əsas odur ki, beynim işləyir. Dövlətin gələcək rifahını yaxşılaşdırmaq üçün planlar qurur. Demək ki, məşğulam. Gözləsinlər hələ. Həm də ki, hər gələni qəbul etsəm mənim nəyim məmur olacaq?

Hə, pulum da çox olacaq. Özümə xaricdə çoxlu villalar alacam sonra kirayə verəcəm. Yox ya da məmur kirayə verməz. Eləcə alıb saxlayacam. Baxma da, birdən işdən çıxardarlar. Gələcəyi təmin etmək lazımdı. Çoxlu qızıl-zad alacam özümə. Gizlədəcəm. İşçilərimi alçaldacam, özümə tabe edəcəm. Əvvəl iş verəcəm, sonra onların içindəki dost anlayışın məhv edəcəm. Onların dostu da, güvənci də mən olmalıyam. Məndən aslı olacaqlar. Onlar mənim ipnən idarə olunan kuklalarım olacaqlar. Bir-iki yaxşılıq edəcəm ki, hamı məni pisləyəndə heç olmaya biri tərifləsin. Beləcə, pillə-pillə qalxacam daha da yuxarılara. Mən yekələnəndə məmur olacam. Məmur!!
Odur e, filankəs əmi kimi...



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu