Gülən həbs ediləcək?


Türkiyə və ABŞ arasında cinayətkarların təhvil verilməsi barədə razılaşmanın 9-cu maddəsinə görə ABŞ Fətullah Güləni həbs etmək məcburiyyətindədir.

AzVision.az-ın məlumatına görə, bunu Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ NTV telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, Gülənin həbsindən sonra Türkiyədən əlavə dəlillər istənilə bilər:

“ABŞ vitse-prezidenti Co Baydenlə keçirdiyimiz ikitərəfli görüşdə o, Türkiyədə hərbi çevriliş cəhdi ilə bağlı ABŞ-a konkret dəlillər təqdim olunmağa başladığını bildirdi. Həmin dəlillərlə bağlı qərarlarını 1-2 gün ərzində açıqlayacaqlar”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu