Azərbaycanda məşhur bank bağlandı


Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə “Bank Standard” QSC-nin lisenziyası ləğv edilib.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

30 sentyabr 2016-cı il tarixli qərara əsasən “Bank Standard” kommersiya bankının lisenziyası 1 oktyabr 2016-cı ildən etibarən ləğv edilir.

Palata bu qərarını 4 iyul 2016-cı il tarixindən banka sağlamlaşdırıcı (sanator) təyin edilmiş “Azər-Türk Bank” ASC-nin və “Bank Standard”-ın yeni menecmentinin müraciəti əsasında dövlət maliyyə qurumları (Maliyyə Nazirliyi və Mərkəzi Bank) ilə məsləhətləşməklə qəbul edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu