Azad Rəhimov yolu özü üçün bağlatdırıb?- FOTO


Gənclər və idman naziri Azad Rəhimovun öz şəxsi istifadəsi üçün Bədən Tərbiyəsi və İdman Akademiyasının arxasında olan yolu şlaqbaumla bağlanması haqda yayılan xəbərlərə aydınlıq gətirilib.

Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova öz Facebook səhifəsində məlumat verib. O qeyd edib ki, bu məlumat tamamilə yanlışdır.

“Ora Bədən Tərbiyəsi və İdman Akademiyasının arxa tərəfdən giriş və çıxışıdır. Maşınların çox sayda o ərazidən gedib gəlməsi tələbələrin rahat keçməsinə mane olur. Məhz təhlükəsizliyi qorumaq məqsədi ilə ərazi bağlanılıb. Həm ərazinin ölçüsü açıq şəkildə orada maşın və insanların rahat hərəkətinin mümkünsüzlüyünü göstərir”, deyə S.Məmmədova vurğulayıb.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu