Oyunu alıb-satanlar həbs ediləcək


Azərbaycanda idman yarışlarında manipuliyasiya, onu təbliğat və yarışlar zamanı yarışın gedişinə qanunsuz müdaxilə ilə bağlı qadağalar və yeni cəzalar tətbiq olunur.

Bununla bağlı Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “Bədən tərbiyəsi və idman haqqında”, o cümlədən Cinayət və Cinayət Prosessual məcəllələrinə əlavələr müzakirəyə çıxarılıb. “Bədən tərbiyəsi və idman haqqında” qanuna əlavə üçün təklif edilən 40-2 (İdman yarışlarının manipuliyasiyası ilə mübarizə) maddəsinə görə, idman yarışlarının manipuliyasiyası qadağandır.

Bununla bağlı Cinayət Məcəlləsinə əlavə edilən maddə 192-2 (İdman yarışlarının manipluiyasiyası) maddəsinə əsasən, idman yarışlarının manipuliyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa, dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, cəhd edilməsi və ya verilməsi, 3 000 manatdan 5 000 manata qədər cərimə və ya 3 ildən 6 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

İdman yarışlarının manipuliyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın, güzəştin istənilməsi, yaxud alınması, bu barədə təklifin və ya vədin qəbul edilməsi ilə bağlı 3 000 manatdan 5 000 manata qədər cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə 3 ildən 6 ilə qədər azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulur.

Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. (Azvision)



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az





Diqqətinizi çəkə biləcək digər xəbərlər
menyu
menyu