“Sözünüz nə qədər uzundursa..."-


Sovetlər Birliyinin çöküşündən sonra Rusiyada yeni iqtisadi formasiyaya keçidi təmin etmək üçün irəliyə sürülən proqramlardan biri “500 gün” adlanırdı

Hər iki müəllif, Şatalin və Yavlinskinin kapitalizmi etiraf etmək, onun qanunlarına uyğun davranmaq fəlsəfəsi ilə tərtib etdikləri köklü islahat doktrinasında sovet mülkiyyətinin dövlətdən özəl əllərə verilməsinin yolları irəli sürülür,bir il yarım ərzində sosial sabitliyə nail olunacağına inam ifadə olunurdu.

Birinci növbədə,torpağın,mənzil fondunun şəxsi mülkiyyətə verilməsi,iri müəssisələrin səhmləşdiriliməsi, daha sonrakı mərhələdə qiymətlərin liberallaşdırılması, bazarın sabitləşdirilməsi və inkişafa qədəm qoyulmasını hədəf kimi seçən proqram müəlliflərinin tərəfdarları çox olsa da sənədi qəbul etmək mümkün olmadı.Lakin Rusiyada Qərb iqtisadi sistemindən imtina mümkün deyildi və Qaydar,Çernomırdin,Primakov zamanında ölkə demərkəzləşməyə və dövlətin iqtisadiyyatdakı rolunun azaldılmasına getməyə məcbur oldu.

İndi bunu xatırlatmağın xüsusi mənası var.Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıtdığı mürəkkəb hərbi-siyasi şəraitdə ruslardan daha tez verdiyi strateji qərarlar Azərbaycanda iqtisadi xaosu durdurmağa imkan verdi.Torpaq özəl,nəqliyyat sektoru liberal,taxıl və un məhsulları dövlətin inhisarından kənarda formaşalaraq 90-cı illərdə yeni dövlətin fundamental dayağına çevrildi.Xalq çörək sınağından qurtuldu.

Şükürlər olsun,ölkəmiz böyük bir inkişaf yolu keçib.İslahatların iki mərhələsini böyük sınaqlarla keçə bilmişik.İndi neftsiz eranın çağırışları qarşısındayıq.Daha çörəyimizi kerosinə batırıb yediyimiz 160 illik dövrdən fərqli formasiyaya qədəm qoymuşuq.

Prezident İlham Əliyevin liderliyi altında ötən illər ərzində enerji sektorunda və su təsərrüfatı sistemində köklü dəyişiliklər baş verib,əhalinin qaz və elektrik enerjisi ilə təminatı üçün böyük işlər görülüb.Zaman yeni çağırışları qarşıya qoyur.Büdcənin yükünü azaltmaq üçün enerji sektorunda idarəetmə və özəl şirkətlərin fəaliyyətinə meydan verməklə hazırki tarif siyasətinə cəmiyyətdəki ajiotajı tam aradan qaldırmaq mümkündür.

Siz təkcə iki Avropa ölkəsində-Fransa və Belçikada həmin modelin necə uğurla çalışdığını görə bilərsiz. Rəqabət mühiti,dövlət yardımından asılılığa son qoyulması və əhali qarşısında müqavilə öhdəliyi ilə hüquqi münasibətlərə üstünlük verən bir gələcəkdən imtina etməyinə dəyməz.

Mobil rabitə sistemi enerji sektorundakı idarəçiliyin formasını dəyişməyin ən yaxşı nümunəsi ola bilər.Kimsə hansı operatoru seçməsini,yaxud gündəlik danışıq kvotasını dövlətdən sorumşadan qurmurmu?

Telefonlarla danışarkən sizə israfçılığı qadağan etmək heç kəsin ağlına gəlmir.

Əksinə, sözünüz nə qədər uzundursa, “Azərcell”-in, “Bakcell”-in büdcəsi də o qədər “uzanır”.

Enerji və qazı mobil etmək lazımdır!

Zahid ORUC,

Millət vəkili



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu