Nuridə Allahyarova BNA-dan getdi


Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova işdən çıxıb.

Bu barədə Nuridə Allahyarova özü sosial şəbəkədəki səhifəsində yazıb: "Əziz dostlar, doğma Bakı Nəqliyyat Agentliyi ilə iş yollarımızı ayırdıq. Bu müddətdə yeni yaranan qurumumuza və şəxsən mənə ən böyük dəstək mediadan gəldi. Dostlar, haqqınızı halal edin”.

Qeyd edək ki, N.Allahyarova bu vəzifəyədək Binəqədi Rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsinə, daha sonra "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətin mətbuat xidmətinə rəhbərlik edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu