Özcan Dəniz Azərbaycandan üzr istədi

Xəbərin çap versiyası
Tarix: 7-01-2017, 19:47    |    Xəbər oxunub: 1 029 dəfə
Özcan Dəniz Azərbaycandan üzr istədi Dünən Azərbaycan mediasında Özcan Dənizin erməni dilində mahnı oxuduğu video tənqid edilmişdi.

Müğənni bu gün həmin görüntülərlə bağlı açıqlama yayıb: "Sevbgili Azərbaycanlı qardaşlarım, təxminən 10 il əvvəl "Mədəniyyət körpüləri" adlı bir konsert silsiləmiz var idi. Bu konsertdə Mesopotamiyaya aid bir çox dildə mahnı oxuduq. Bu video layihənin tanıtımı üçün 8 il əvvəl iştirak etdiyim bir proqramdandır. Repertuarda hətta ispan və ingiliscə mahnılar da var idi. Kanal 24-də yayımlanan "Kafa Dengi" proqramına da təminən 10 il əvvəl bu konsertlərin tanıtımı üçün çıxmışdım və oxuduğum da sadəcə həmin an əzbər bildiyim bir türkü idi. Emin Sabitoğludan bəhs etməli idim, haqlısınız. Sadəcə bunun üçün sizdən üzr istəyə bilərəm. Məlumatsızlığıma bağışlayın! Mən artıq səhnəyə çıxmıram... Sənətin dili, dini, irqi olmaz. Sizə orada hansı media orqanı necə təqdim edir, bilmirəm, amma təhrif etdikləri dəqiqdir. Mən sənətçiyəm, yer üzündəki heç bir mədəniyyətə düşmən ola bilmərəm. Siyasət mənim işim deyil. Bu qəsdən edilən davranış məni ən az sizin qədər kədərləndirdi və qəzəbləndirdi. Keçmişdə yaşadığınız acıları ən az sizin qədər bilirəm, hiss edirəm və yanınızdayam. Azərbaycanlı dostlarım bilir, mən hər il Xocalı Soyqırımının ildönümündə kədərinizi paylaşıram. Bir neçə dəfə Bakıda Şəhidlər Xiyabanına gedib dua etmişəm.

Allah bilir ki, çəkdiyim seriallarda Azərbaycan xalqını alçaldacaq hər cür ssenariyə qarşı çıxmışam. Biz qardaşıq, sizlərlə mənim münasibətim daha fərqlidir. Türk filmini Azərbaycana ilk gətirən mənəm. Türkiyədə Azərbaycan sənətçilərinə ilk dəfə konsert təşkil edən də mənəm. Hazırda azərbaycanlı dostlarımızla iki qardaş ölkənin ortaq dəyəri olan "Koroğlu" dastanını çəkmək üçün görüşlər keçiririk.

Bakı hər zaman mənim ikinci şəhərim, azərbaycanlı qardaşlarım da hər zaman mənim dostlarım olacaq. Buna zərər vermək istəyənlər sadəcə etdikləri pisliklə qalacaqlar. Sizləri sevirəm və pisniyyətli insanlara deyil, qəlbimə inanın. Allaha əmanət olun". (Axşam.az)




AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru




Diqqətinizi çəkə biləcək digər xəbərlər
Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Qənirə Paşayeva hökuməti tələbələrin problemlərinin həllində fəal olmağa çağırıb

Jurnalistlər karnavala hazırlaşır-

Jurnalistlər karnavala hazırlaşır- AZƏRBAYCANDA İLK

Kurtua:

Kurtua: "Qarabağ"la oyun çətin olacaq"

Mənsimovdan sərt cavab

Mənsimovdan sərt cavab

Deputatdan Elman Rüstəmova irad:

Deputatdan Elman Rüstəmova irad: “Azərbaycanda bank sistemi dağılır”

Əli Məsimli:

Əli Məsimli: "Qiymət artımının yarıdan çoxu monopoliyanın törətdiyi süni qiymət artımıdır"

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Qənirə Paşayeva MM-də Tovuzun problemləri ilə bağlı hökumətə çağırış edib

Hikmət Babaoğlu:

Hikmət Babaoğlu: “Dövlət autizm xəstəliyinə düçar olmuş uşaqların müalicəsinə ciddi dəstək verməlidir”

“AzSigorta”da kütləvi ixtisarlar

“AzSigorta”da kütləvi ixtisarlar

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Dövlət müşavirləri vəzifəsi ləğv edildi

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Vəzifəli şəxslər barəsində cinayət işi başlandı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

Mərkəzi Bank dolların sabaha olan məzənnəsini açıqladı

    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN MMC məhsuludur