Mehman Hüseynov həbs edildi

Xəbərin çap versiyası
Tarix: 10-01-2017, 13:04    |    Xəbər oxunub: 423 dəfə
Mehman Hüseynov həbs edildi “Mehman Hüseynov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmama) maddəsi ilə ittiham edilir. O hazırda Nəsimi rayon məhkəməsindədir. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə M.Hüseynovun barəsində qərar veriləcək.”

Bu barədə vəkil Elçin Sadıqov məlumat verib.

O bildirib ki, M.Hüseynov Nəsimi RPİ 22-ci Polis Bölməsi əməkdaşları tərəfindən saxlanılıb və hazırda Nəsimi rayon məhkəməsinə aparılır. Mehman Hüseynov polisə tabesizlik suçu ilə ittiham olunur.

Bu maddə üzrə ittiham olunan şəxsin təqsiri sübuta yetirilərsə, onu 200 manat cərimə və ya 1 ayadək inzibati həbs cəzası gözləyir.

Xatırladaq ki, dünən axşam saatlarından Mehman Hüseynovdan heç bir məlumat alınmayıb. Ülvü Həsənli 102-yə zəng etsə də, heç bir məlumat əldə olunmayıb. Daha sonra Ülvü Həsənliylə əlaqə saxlayıblar.

“Biraz əvvəl 22-ci polis bölməsindən zəng edib dedilər ki, 102-yə Mehman Huseynovla bağlı şikayət etmisən. Ona görə gəlib ərizə yazmağın lazımdır. Bilmirəm düzü zənglə şikayətdən sonra yazılı ərizə nəyə lazımdır. Getdik 22-ci bölməyə, təxminən saat 2-də. Dedilər Mehman Hüseynovun anası da 102-yə zəng edib. Polislərin suallarına cavab verdik, sonuncu dəfə harda olub, hansı istiqamətə gedib, kimdi, nəçidi, filan. Sonra dedilər gözləyin, birazdan yazılı ərizə yazasız. Gözlətdilər, sonra dedik şikayət vermişik, yazılı ehtiyac var yazaq, yoxdur bizi gözlətməyin. Dedilər ehtiyac qalmadı, şikayətiniz sistemdədi, görürük, Mehman Hüseynovu artıq axtarışa vermişik.

Əldə etdiyimiz son məlumatlara və bir neçə şahidin dediyinə görə, Mehmanı şəhərin mərkəzində, Şaurmanın yanından yuxarıda Qoqol və Həzi Aslanov küçələrinin kəsişməsində, Hiss Klubun yaxınlığında 5 nəfər mülki geyimli şəxs ağzını tutub, maşına basıb naməlum istiqamətə aparıblar. Bu o deməkdir ki, Mehman ya oğurlanıb, ya da həbs olunub. Başqa variantların hamısı artıq qüvvədən düşür.” -Ülvü Həsənli bildirib.

Bu gün səhər isə onun Nəsimi rayon məhkəməsinə aparıldığı bildirirlib.

AFN.az
Redaksiyamızla əlaqə: tel; 055 260 69 84, e-mail afn.news@mail.ru
loading...







Facebook hesabınla fikrini bildir
Diqqətinizi çəkə biləcək digər xəbərlər
    Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.
    Təsisçi və baş redaktor Səbuhi Qafarov, baş direktor Həbibə Abdulla.
 

Copyright © 2012-2017 AFN.az Bu layihə AFN Media Group məhsuludur | Designed by Simvol



 
Facebook səhifəmiz